Xaçmazda gənclərlə “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici görüş keçirilib. Bu barədə ShimalNews 16 mart tarixində Xaçmaz rayon Mədəniyyət Mərkəzinə istinadən məlumat verir.

Tədbirdə iştirak edən Xaçmaz Rayon Polis Şöbəsinin baş leytenantı X.Allahyarov və digər qonaqlar narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə gəncləri məlumatlandırdılar. Gənclərə belə vərdişlərdən uzaq durmalarını,savadlı və vətənpərvər olmalarını, sağlamlıqlarını qorumalarını tövsiyə etdilər.