Xaçmazda uşaq və yeniyetmələr arasında şahmat turniri keçirilib. Bu barədə ShimalNews 16 mart tarixində Rayon Gənclər və İdman İdarəsinə (RGİİ) istinadən məlumat verir.

Yarışlar Şahmat Məktəbində baş tutub. Novruz bayramı ərəfəsində təşkil edilən turnirdə 50-yə yaxın məktəbli iştirak edib. Yekun nəticəyə əsasən, yer tutan şahmatçılar sonda Xaçmaz RGİİ və Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi tərəfindən hazırlanmış diplomlarla təltif ediliblər.

Turnirın keçirilməsində məqsəd məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların hərbi-intellektual hazırlıq səviyyəsinin və gələcək yarışlara hazırlıqlarının yüksəldilməsidir.