Xaçmazda saat 10:40-da avtomobil qəzası baş verib. Bu barədə ShimalNews 16 mart tarixində məlumat verir.

Yeni inşa edilən körpüdə “VAZ-21011” və “Opel” markalı avtomobillər toqquşub. Nəqliyyat vasitələrinə ziyan dəyib, xəsarət alan yoxdur.

Əraziyə YPX və sığorta əməkdaşları cəlb olunublar.
Şahidlər bildiriblər ki, qəza “011” digər avtomobilin yoluna çıxdığına görə baş verib.