Türkiyənin Azərbaycandakı səfiri Qubanın 13 yaşlı Xınalıq kənd sakini ilə bağlı paylaşım edib. Bu barədə ShimalNews 16 mart tarixində  məlumat verir.

“Bu gün Qubanın kəndlərindən birində yaşayan 13 yaşlı İbrahim Zeynalovla görüşdük. Eşitdim ki, hüquqşünas olmaq istəyir. Bu işdə ona uğurlar arzuladıq. Atasına dedik ki, onun təhsilinə dəstək olmağa hazırıq”, – deyə səfir Cahit Bağcı “Twitter” hesabı paylaşımında qeyd edib.