Gəndov-Xaçmaz-Yalama-Rusiya yolunda ağac budama prosesi başlayıb. Bu barədə Avtomobil Yollarının Mühafizə Xidməti ShimalNews-a 16 mart tarixində məlumat verib.
“Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” MMC tərəfindən aqrotexniki işlər aparılır. Bununla avtomobillərin hərəkətinə mane olan quru və qəzalı ağaclar kəsilir.
Bu proses cari ay ərzində Şimal bölgəsindəki respublika əhəmiyyətli yollarda həyata keçiriləcək.