Qusarda Novruz bayramına həsr olunan şənlik Mahmud Əbilov adına mərkəzi meydanda təşkil olunub. Bu barədə ShimalNews 16 mart tarixində məlumat verir.

Burada dövlət qurumlarının və yerli təşkilatların işçiləri, şəhid ailələri, qazilər, eləcə də rayon sakinləri iştirak edirlər.

Tədbirdə bayram tonqalı alovlandırılıb. Musiqiçilərin müşayiəti ilə meydana Bahar qız gəlib. O, tamaşaçıları Novruz bayramı münasibətilə təbrik edib.

Meydanda, həmçinin bayram atributları, milli mətbəx nümunələri, yerli sənətkarların əl işlərindən ibarət sərgi nümayiş olunur.

Qusarda Novruz şənliyi keçirilir Qusarda Novruz şənliyi keçirilir Qusarda Novruz şənliyi keçirilir