Qubada 82 yaşlı kişini Dövlət Yol Polisinin xidməti avtomobili vurub. Bu barədə ShimalNews 16 mart tarixində xəbər verir.

Hadisə martın 15-i saat 17:00 radələrində, Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində baş verib.

Məlumata görə, həmin kənd sakini Hacıağa Babəliyev yolu keçmək istəyirmiş. Qəzadan sonra DYP əməkdaşları dərhal onu Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırıblar.

Hazırda xəsarət alan reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.