Sabah Quba Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti səyyar qəbulunu keçirəcək. Bu barədə ShimalNews 16 mart tarixində məlumat verir.

Tədbir martın 17-si saat 11:00-da İqriq kənd məktəbinin binasında baş tutacaq. Qəbulda Ziyəddin Əliyevlə yanaşı, dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.