Quba Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi iştirakçıları ilə görüşüb. Bu barədə ShimalNews 16 mart tarixində RİH-yə istinadən məlumat verir.

Tədbir İcra Hakimiyyətinin akt zalında təşkil edilib. Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların, idarə və müəssisələrin rəhbərləri, RİH başçısının İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri qaziləri və digər müharibə iştirakçılarını maraqlandıran məsələləri dinləyiblər. İcra başçısı aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlarını verib.