İsmayıllıdan olan Çingiz pəhləvan onun sənətinin ağır dövr yaşadığını deyir. Bu barədə ShimalNews 16 mart tarixində Dünya TV-yə istinadən məlumat verir.
Çingiz pəhləvan Hikmət Əhmədovun oğludur. O deyir ki, əvvəllər bir çox tədbirlərə dəvət olunurdular. İndi isə demək olar ki, nə rəsmi, nə də digər rayon tədbirlərinə dəvət olunmurlar. Onun əsas istəyi bu sənətin unudulmamasıdır.
“Atam, həqiqətən, güclü pəhləvan olub, onu hamı tanıyır. Onun etdiklərini inanmıram ki, biz, ya da başqa idmançılar təkrarlaya bilərik. Necə deyilir, bu, Allahdan ona bir vergi idi. Bizdə də güclü sənət yaşadanlar var, bəli. İstəyirik gənclər həm güləş, həm pəhləvanlıq sənətində yetişsinlər, gözəl pəhləvanlar olsunlar, gözəl idmançılar olsunlar, şərəflə Azərbaycan bayrağını qaldırsınlar”, – deyə pəhləvan bildirib.