İsmayıllının Şəbiyan kəndində vətəndaşların səyyar qəbulu keçirilib. Bu barədə ShimalNews 16 mart tarixində məlumat verir.
Rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri sakinlərlə görüşdə iştirak ediblər. İcra başçısı Nahid Bağırov qaldırılan məsələləri dinləyib, onların həlli üçün aidiyyəti şəxslərə tapşırıqlar verib.