İsmayıllıda “Novruz Sevinci 2023” adlı humanitar xeyriyyə aksiyası keçirilib. Bu barədə ShimalNews 16 mart tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinə (AzQAC) istinadən məlumat verir.
Kampaniya AzQAC, “PAŞA Bank” ASC, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “PMD Group” MMC-nin dəstəyi ilə baş tutub. Aksiya çərçivəsində İsmayıllı və digər 3 bölgədə yaşayan 130 ailəyə, ümumilikdə isə 390 şəxsə 1.5 tondan artıq humanitar yardım bağlamaları təqdim edilib.