Xaçmaz rayonunda heyvan kəsimi məntəqələrində yoxlamalar keçirilib. Bu barədə ShimalNews 16 mart tarixində AQTA-ya istinadən məlumat verir.
Monitorinq zamanı Xaçmaz şəhərinin 20 Yanvar küçəsində Mirmayıl Qasımova məxsus məntəqədə qayda pozuntuları aşkar edilib. Obyekt sahibinə qarşı inzibati protokol tərtib edilib.