İsmayıllıda “Qızlar futzal kuboku” turniri keçiriləcək. Bu haqda ShimalNews 16 mart tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadən (AFFA) məlumat verir.
Yarışlar martın 17-18-də 14 yaşadək məktəblilər arasında baş tutacaq. Turnirin ilk günü 12 məktəbin iştirakı ilə qrup, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları oynanılacaq. Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.
“Qızlar futzal kuboku”nun təşkil edilməsində məqsəd orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, həmçinin gələcəkdə qızlar futzal liqasının yaradılmasıdır.