Xaçmazın Zəfər parkında Torpaq çərşənbəsi təntənə ilə qeyd edilib. Bu barədə ShimalNews 15 mart tarixində Baku TV-yə istinadən məlumat verir.

Tədbirdə dövlət qurumlarının əməkdaşları, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

El şənliyində ilk növbədə bayram tonqalı yandırılıb. Rayonun incəsənət ustaları, uşaq bağçalarının balaca fidanları rəngarəng mahnılar və rəqslər ifa ediblər. Bahar qızın könülləri oxşayan təbrikləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri sakinlərə xoş ovqat bəxş edib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Daha sonra Novruz şənliyi  geniş bayram konserti  ilə davam edib.