Xaçmazda ticarət müəssisələrində monitorinqlər həyata keçirilib. Bu barədə ShimalNews 15 mart tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.

Agentlik tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 15 ticarət və 2 ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Xaçmazda monitorinq nəticəsində 1 obyektdə nöqsanlar müəyyən olunub.

Niyazoba kəndində Hafiz Məmmədova məxsus mağaza cərimələnib.
Obyektdə qeydə alınmış nöqsanlar:

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi;

2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı;
4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmaması.