Xəzər dənizinin Xaçmaz rayon akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu barədə ShimalNews 15 mart tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.

Xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz rayon sakinləri İlqar İsrafilov və Pərviz Əzizovun brakonyer olduqları müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib edilib.