Xaçmaz rayonunda Aqrar İnnovasiya Festivalı keçirilir. Bu barədə ShimalNews 15 mart tarixində məlumat verir.
Olimpiya İdman Kompleksində təşkil edilən tədbirin əsas məqsədi ölkədə kənd təsərrüfatının innovativ əsaslarla inkişaf etdirilməsi, innovasiyaların tətbiqi və təşviqi, eləcə də kənd məhsulları istehlalçılarının innovasiyalara əlçatanlığının təmin edilməsidir. Festivalda innovativ texnologiyaların və avadanlıqların nümayişi təşkil edilib. Burada, həmçinin fermerlər üçün təlim və məlumat sessiyaları keçirilir.
Festival zamanı Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilmiş bir sıra startap müsabiqələrin iştirakçıları ixtiralarını nümayiş etdiriblər.