Xaçmaz KOBİM tərəfindən “Biznesin təşkili və idarə olunması” mövzusunda təlim keçirilib. Bu barədə ShimalNews 15 mart tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən məlumat verir.
15 nəfərin iştirak etdiyi təlimdə  balanslı idarəetmə, keyfiyyətli qərarvermə işinin təşkili və strateji yanaşma, biznesin idarə edilməsində maliyyə nəzarətinin əhəmiyyəti, təhlil sisteminin qurulması ilə bağlı məlumat verilib.

Eləcə də performans menecmentinin tətbiqi, məhsuldar iş mühitinin yaradılması, effektiv və səmərəli biznes modelləri, nağd pul əməliyyatlarına nəzarət, debitor kreditorlarla düzgün iş barədə danışılıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.