Deputat Vahid Əhmədov ingiliscə danışaraq məşhurlaşan balaca Xınalıq sakini ilə görüşüb. Bu haqda ShimalNews 15 mart tarixində məlumat verir.

Görüş Bakıda baş tutub. Burada millət vəkili 13 yaşlı İbrahim Zeynalova gələcək təhsilində uğurlar arzulayıb, eləcə də ona kompüter hədiyyə edib.

Qubalı gənc doğma kəndində Polşadan gələn turistlə danışan zaman qonaq onun videosunu çəkmişdir. Bundan sonra sosial şəbəkələrdə həmin görüntülər yayılaraq maraq doğurmuşdur.