Şahdağ Milli Parkında zubrların xüsusi ayrılmış yerə buraxılması tədbiri keçirilib. Bu barədə ShimalNews 15 mart tarixində ETSN-ə istinadən məlumat verir.
Tədbir “İlaxır çərşənbə” ərəfəsində keçirilib. Burada ETSN və FHN-in əməkdaşları, məktəblilər, mətbuat nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Milli parkda volyer şəraitində saxlanılan 20 baş zubr vəhşi təbiətə adaptasiya edilməsi məqsədilə xüsusi ayrılmış daha geniş areala buraxılıb.
Həmçinin tədbir çərçivəsində tonqal qalanıb, ətrafında bayram ab-havası yaşanıb.