Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev şəhid ailələri ilə görüş keçirib. Bu barədə ShimalNews 15 mart tarixində adıçəkilən quruma istinadən məlumat verir.
Görüşdə dövlət qurumlarının məsul şəxsləri, ictimai təşkilatların, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.
Bütün şəhid ailələri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediliblər. Onlara göstərilən hərtərəfli qayğıdan danışılıb. Daha sonra ailələri narahat edən məsələlər dinlənilib və aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.