İsmayıllının icra başçısı Nahid Bağırov sakinləri qəbul edib. Bu barədə ShimalNews 15 mart tarixində İcra Hakimiyyətinə istinadən məlumat verir.

Görüş zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib. Onların ünvanladıqları məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb.

Tədbirdə RİH-nin əməkdaşları, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. N.Bağırov onlara sakinlərin qaldırdıqları məsələlərin operativ həllinin vacib olduğunu bildirib.