Qubada bibisini öldürən şəxsin məhkəmə hökmü barəsindən kassasiya şikayətinə baxılıb. Bu haqda ShimalNews 15 mart tarixində Pravda.az-a istinadən məlumat verir.
Ali Məhkəmədə Qubada bibisini öldürməkdə təqsirləndirilən Mişi Migirovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Məlumata görə, proses hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilib. Təqsirləndirilən Mişi Migirovun şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.
Hadisə 2018-ci ildə baş verib. Qırmızı Qəsəbə sakini M.Migirov qohumlarının məzarlarını ziyarət etmək adı ilə 87 yaşlı bibisi Şuşan Sumxayevanı qəbiristanlığa aparıb. Orada qadın həmin şəxs tərəfindən döyülüb və ertəsi gün xəstəxanada dünyasını dəyişib.
Daha öncə bununla bağlı ətraflı məlumat vermişdik.