İsveç Krallığının səfiri Quba rayonuna səfər edib. Bu haqda ShimalNews 15 mart tarixində RİH-yə istinadən məlumat verir.

Səfər zamanı Tobias Lorentzson Ziyəddin Əliyevlə  görüşüb. İcra başçısı səfiri “Qədim Quba” xalçaçılıq müəssisəsi ilə tanış edib. Bundan əlavə, Lorentzson Qırmızı Qəsəbəni, Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyini, “Giləki” və “Altı Günbəz” sinaqoqlarını, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edəcək.

Səfər çərçivəsində İsveç Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri “ABAD Factory” istehsalat kompleksinə də baş çəkəcək.