Qusarda gənclər üçün “Peşəkar gənclik” layihəsi baş tutub. Bu barədə ShimalNews 15 mart tarixində “Qusar Gəncləri”nə istinadən məlumat verir.

Maarifləndirici görüş Hil kəndində təşkil edilib. Layihədə Quba-Xaçmaz Regional Məşğulluq filialının Qusar rayon xidmət şöbəsindən Vüqar Şahbazov iştirak edərək gənclərə peşə ixtisasları, gələcəyin peşələri haqqında danışıb. Bundan əlavə, gənclərə işə qəbulolma prosesindən, müsahibə bacarıqlarından ətraflı məlumat verilib və onların sualları cavablandırılıb.

“Peşəkar gənclik” layihəsi GİKM-in Qusar nümayəndəliyinin təşkilatçılığı ilə Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən həyata keçirilib.