İsmayıllıda aztəminatlı ailələrin uşaqları üçün layihə təşkil edilir. Bu barədə ShimalNews 15 mart tarixində “PAŞA Holding”ə istinadən məlumat verir.

“PAŞA Holding” və “GİD CSR Consulting” şirkətlərinin əməkdaşlığı ilə həyata keçirilən “Təhsilə Doğru” layihəsi yenidən start alır. Layihə 7-15 yaş aralığında olan yeniyetmələr üçün nəzərdə tutulub.

Layihə çərçivəsində riyazıyyat və ingilis dili fənləri üzrə dərslər təşkil ediləcək.