Baş prokuror İsmayıllıda vətəndaşları qəbul edib. Bu barədə ShimalNews 15 mart tarixində quruma istinadən məlumat verir.

Sakinlərlə görüş bu gün İsmayıllı rayon prokurorluğunun inzibati binasında baş tutub. Kamran Əliyevlə görüşdə İsmayıllı, Qobustan, Şamaxı, Qəbələ, Oğuz, həmçinin digər rayonlardan olan 41 vətəndaş iştirak edib.

Görüş zamanı qaldırılan konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntularına aid müraciətlərin prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Baş prokuror müvafiq göstərişlər verib.

Qəbuldan sonra Əliyev əməkdaşlarla görüşlər keçirib, onlara konkret tapşırıqlar verib.