Qubada Azərbaycan Gənclər Fondunun layihəsi çərçivəsində futbol turniri keçirilib. Bu barədə ShimalNews 15 mart tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə istinadən məlumat verir.
Rayon kəndlərində yaşayan gənclərdən ibarət komandalar arasında yarış baş tutub. Nəticədə Alekseyevka kəndi 1-ci, Bağbanlı kəndi 2-ci, “Şahdağ” komandası isə 3-cü yerə sahib olub. Onlar kubok, medal və diplomlarla təltif olunublar.