Quba rayonunda Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları monitorinq zamanı restoran və marketlərdə nöqsanlar aşkar ediblər. Bu barədə ShimalNews 15 mart tarixində agentliyə istinadən məlumat verir.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmişdir.
Bununla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkarlıq subyektlərinin rəhbərləri inzibati məsuliyyətə cəlb olunublar. Qayda pozuntuları aşkar olunan müəssisələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət müəssisələri | |||
1 | “525” market | Quba şəhəri, H.Əliyev prospekti | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri | |||
2 | “Manqallı” kafesi | Quba şəhəri, H.Əliyev prospekti | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |