Xaçmaz rayonunun icra başçısı sakinlərlə növbəti görüşünü keçirib. Bu barədə ShimalNews 14 mart tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.

Səyyar qəbul Rəhimoba kəndində baş tutub. Hülövlü, Bəyqışlaq, Canaxır, Qaradağ Buduq, Qaradağlı, Qobuqıraq,Mehrəliqışlaq, Mürsəliqışlaq, Rəhimoba və Ustacəlilli kəndlərinin sakinləri tədbirdə iştirak ediblər. Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxsləri vətəndaşların müraciət və təkliflərini dinləyiblər.

Səsləndirilən müraciətlər su, qaz, işıq, internet və digər sosial məsələlərlə bağlı olub. Bir çox məsələlər yerindəcə həll edilib.