Quba şəhərində əmək yarmarkası keçiriləcək. Bu barədə ShimalNews 14 mart tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir.

Tədbirdə 20 müəssisə tərəfindən 250-dək vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub. Burada məqsəd işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratmaqla işə düzəlmələrinə köməklik göstərməkdir.

Yarmarkada iştirak etmək istəyənlər martın 16-sı, saat 11:00-da H.Əliyev prospekti, 27 (“Shane Hotel Quba”) ünvanına yaxınlaşa bilərlər. Müraciət edən namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.