Quba rayonuna Fransanın Paris şəhərindən turist gəlib. Bu barədə ShimalNews 14 mart tarixində Quba Destinasiya Menecmenti Təşkilatına (DMT) istinadən məlumat verir.
Gənc oğlan DMT-nin ofisini ziyarət edib. Burada ona Quba və Qusar rayonları və bu rayonların gəzməli yerləri barədə məlumat verilib.
Turist bir çox təbiət və mədəni turizm resursları ilə yanaşı, piyada gəzintiləri ilə və atsürmə ilə də maraqlanıb. Ona gedə biləcəyi yerləri tövsiyə edərək DMT-nin çap məhsullarını da təqdim ediblər.