Qubada fermerlər Novruz qabağı kartof əkininə başlayıblar. Bu barədə ShimalNews 14 mart tarixində məlumat verir.

Fermerlər bildirirlər ki, bu ərəfədə əkin daha əlverişli sayılır. Ən sevilən kartof növlərindən biri isə “Ağçiçək”dir.
Hazırda bazarda tumluq kartofun kilosu 0,7-1 manat civarındadır. Onu alaraq qaranlıq yerdə saxlayırlar və o cücərir. Bu zaman əkinə yararlı “dişi” və zoğ verməyən “erkək” ayrılır.

Tarixi məlumatlara əsasən, kartof bitkisi Cənubi Amerikada 8.000 il bundan əvvəl becərilmişdir. Avropa qitəsinə isə ilk dəfə olaraq, kartofu XVI əsrin ortalarında ispanlar gətirmişdir. XVIII əsrin əvvələrində rus çarı I Pyotr Hollandiyada olarkən 1 kisə kartof əldə etmiş və onun Rusiyada yetişdirilməsinə xüsusi göstəriş vermişdir. Azərbaycanda ilk dəfə XIX əsrin birinci yarısında Gədəbəyin Hacılar kəndinə 1 pud (16 kq) toxumluq kartof gətirilib və sonralar ölkəmizin başqa regionlarına yayılmışdır.