Quba rayon sakini məktəblilər üçün xeyriyyə addımı atıb. Bu haqda ShimalNews 14 mart tarixində məlumat verir.
Əlik kənd sakini Kamil Məmmədov çilingərdir. O, Rəhman Mançarov adına məktəbə imkanı daxilində köməyini təklif edib. Bu üzdən oturacaqların təmiri ona həvalə olunub və iş qısa zamanda yekunlaşdırılıb.
Məktəb kollektivi Kamil ustaya öz təşəkkürünü bildirib.