Bu gün Basqalda Novruz şənliyi təşkil olunacaq. Bu barədə ShimalNews 14 mart tarixində Qoruqları İdarəetmə Mərkəzinə istinadən məlumat verir.

İlaxır çərşənbə Bazar meydanında keçiriləcək. İştirak etmək istəyənlər saat 16:00-da bura təşrif buyura bilərlər.

Tədbir İsmayıllı rayon İcra Hakimiyyəti və Dövlət Turizm Agentliyinin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən təşkil olunacaq.