İsmayıllı rayonunun Təzəkənd kəndində yanğın baş verib. Bu barədə ShimalNews 14 mart tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Ümumi sahəsi 30 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, çardağına yığılan 2 ton ot bağlamasının 1 tonu və ona bitişik ümumi sahəsi 24 kv.m olan qarajın dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə qismən yanıb.

Əraziyə cəlb edilən yanğınsöndürənlər ot bağlamalarının və qarajın qalan hissəsini yanğından muhafizə ediblər.