Torpaq çərşənbəsi Novruz çərşənbələrinin sonuncusudur. Bu çərşənbəyə, həmçinin “Yer çərşənbəsi” də deyirlər.
Bu çərşənbə Novruz bayramı ilə üst-üstə düşərsə, ilin daha uğurlu keçəcəyi gözlənilir.
Həmin gün insanlar torpaq sahələrinə çıxar, təmizlik işləri görər, kütləvi şənliklər keçirər, əmək nəğmələri oxuyardılar. Bu çərşənbənin axşam şənlikləri daha gur olur: küsülülər barışır, evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq fallarına çıxılır.
Adətə görə, axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər, ailə üzvlərinin sayına görə şam yandırarlar.