Xaçmazda “Sərhəd” hərbi-idman oyunu üzrə respublika birinciliyinin rayon mərhələsi keçirilib. Bu barədə ShimalNews 13 mart tarixində Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Turnidə ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdlərindən ibarət 9 komanda iştirak edib. Yekun nəticəyə əsasən, şəhər 9 saylı tam orta məktəbin komandası 1-ci, 6 saylı tam orta məktəbin komandası 2-ci, 1 saylı tam orta məktəbin komandası isə 3-cü yerlərə layiq görülüblər.

1-ci yerə çıxan komanda “Sərhəd” hərbi-idman oyunu üzrə respublika birinciliyinin zona mərhələsində rayonu təmsil etmək hüququ qazanıb.