Xaçmazda yeniyetmə qız dəm qazından zəhərlənib. Bu haqda ShimalNews 13 mart tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Hadisə şəhərin Şıxəli Qurbanov küçəsindəki evlərin birində qeydə alınıb.  Şəma Əliyeva hamam otağında zəhərlənib. Görülən tibbi tədbirlərə baxmayaraq, 15 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Rayon prokurorluğunda araşdırma başlanılıb.