Xaçmaz rayonunda ahıl kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu haqda ShimalNews 13 mart tarixində Report-a istinadən məlumat verir.
Hadisə Köhnə Xaçmaz kəndində qeydə alınıb. 85 yaşlı Kamal Zamanov yaşadığı evdə istilik sobasının üstünə yıxılıb. Ahıl kişi yanıq xəsarətləri alaraq ölüb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.