Qusarda “Yurdumuza Novruz gəlir” adlı tamaşanın nümayişinə başlanılıb. Bu barədə ShimalNews 13 mart tarixində məlumat verir.
Tamaşa Qusar Dövlət Ləzgi Dram Teatrında təqdim olunur. Uşaqlar üçün nəzərdə tutulan əsər martın 17-dək gündə 2 seans olmaqla nümayiş olunacaq. Seanslar saat 11:00 və 15:00-da Azərbaycan dilində göstəriləcək.
Biletin qiyməti 1 manatdır.