Qusarda gənclər üçün həftəlik fəaliyyət planı hazırlanıb. Bu barədə ShimalNews 13 mart tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinə (GİKM) istinadən məlumat verir.

GİKM-in rayon nümayəndəliyində 14, 15, 16 və 17 mart tarixlərində görüləcək işlərin cədvəli aşağıda təqdim olunur:

  • 14 mart saat 11:00-da – “Mərkəzə doğru” layihəsi;
  • 14 mart saat 13:00-da – “Novruz” kuboku intellektual yarış;
  • 15 mart saat 13:00-da – “Novruz” kuboku intellektual yarışın finalı;
  • 16 mart saat 12:00-da – Ekosəməni hazırlanması;
  • 17 mart 12:00-da – “Up könüllü” könüllüləri üçün ünsiyyət bacarıqları təlimi.