Qubada iki minik avtomobili toqquşub. Bu barədə ShimalNews 13 mart tarixində məlumat verir.
Yol-nəqliyyat hadisəsi Heydər Əliyev prospekti ilə Nadir İbrahimov küçəsinin kəsişməsində 12:45 radələrində qeydə alınıb. Burada “Mercedes” markalı minik avtomobili digər “Mercedes”ə çarpılıb. Qəza zamanı sürücülərdən biri yüngül xəsarət alıb.
Əraziyə YPX əməkdaşları cəlb olunublar.