Şimal bölgəsində Novruz bayramının gəlişi münasibətilə hazırlıq işləri görülür. Bu haqda ShimalNews 13 mart tarixində məlumat verir.
Xaçmaz şəhərində yerləşən Zəfər Parkında bayram səmənisi quraşdırılıb. Həmçinin istirahət məkanı bayram tədbiri üçün bəzədilib. İşlər Xaçmaz Şəhər İƏD tərəfindən görülür.
Quba şəhərində isə dairəvi yollarda səməni və bayram təbrikli plakatlar quraşdırılır.

