İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində (İsmayıllı DPTM) seminar keçiriləcək. Bu barədə ShimalNews 13 mart tarixində adı çəkilən mərkəzə istinadən xəbər verir.
Təlimçi Ülkər Qasımlı seminarı “Fizikada zaman və məkan xarakteristikası” mövzusunda aparacaq. Burada məqsəd DPTM-də təhsil alan tələbələrin müvafiq sahədə bilik və bacarıqlarının artırılmasıdır.
İştirak etmək istəyənlər martın 14-ü saat 11:00-da İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə yaxınlaça bilərlər.