İsmayıllıda evdən qızıl və pul oğurlayan şəxs saxlanılıb. Bu barədə ShimalNews 13 mart tarixində DİN-nin Mətbuat Xidmətinə istinadən məlumat verir.

Şəhər ərazisində yerləşən mənzillərin birindən gecə saatlarında naməlum şəxs tərəfindən qızıl-zinət əşyaları və nəğd pul oğurlanıb. Keçirilən  əməliyyat-axtarış tədbirləri nəticəsində Elşən İsayev şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı qızılların bir hissəsi ondan maddi sübut kimi müsadirə olunub.

Faktla bağlı cinayət işi başlanılıb.