İsmayıllı rayon sakininin narkotik təsiri altında avtomobil idarə etməsi müəyyən edilib. Bu haqda ShimalNews 13 mart tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Martın 12-də saat 01:00 radələrində C.Əkbərov Masallı rayonu ərazisində DYP əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Sürücü Zamir Vəlimətovun narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. O, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.
Sürücü barəsində protokol tərtib olunub.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan 2 kiloqram 850 qram heroin və 700 qram metamfetamin aşkar olunub.