İsmayıllıda paverliftinq idman növü üzrə turnir keçirilib. Bu barədə ShimalNews 13 mart tarixində Gənclər və İdman idarəsinə istinadən məlumat verir.
İdman tədbiri İsmayıllı Olimpiya İdman Kompleksində baş tutub. Turnirə müxtəlif çəkilərdə çox sayda idmançı qatılıb. Sonda gənclərə tədbir təşkilatçıları tərəfindən diplom və medallar təqdim edilib.
Turnirin keçirilməsində məqsəd veteran cüdoçu, sanboçu, pəhləvan Hacı Hikmət Əhmədovun rayonda idmanın inkişafına verdiyi töhfələri gənclər arasında təbliğ etmək, gənclər arasında sağlam həyat tərzi və asudə vaxtın səmərəli təşkil edilməsi olub.