İsmayıllı rayonunda keçirilən “Kəndimizin İntellektual Gəncləri” layihəsi yekunlaşıb. Bu barədə ShimalNews 13 fevral tarixində Oxu.az-a istinadən məlumat verir.
Talıstan, Təzəkənd, Quşencə və Diyallı kəndlərinin gəncləri arasında təşkil edilən oyunda ümumilikdə 30-dan artıq komanda mübarizə aparıb. Ən çox xal toplayan komandalar hədiyyələrlə mükafatlandırılıblar.
Layihənin məqsədi gənclərin fundamental inkişafına xidmət edərək onların intellektual düşüncəsinin, bilik və bacarıqlarının artırılması, ölkə miqyaslı yarışlara hazırlıq, vətənpərvərlik hislərinin intellekt yolu ilə təbliği və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə onları pis vərdişlərdən kənar tutmaq olub.